Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.
AzVision.az xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. XİN-in mətbuat xidməti bildirib ki nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.
AzVision.az
Teqlər: