Livan XİN: "Qəzzada dinc sakinlərə hücum sülh ehtimalına zərbədir"

      Livan XİN:    "Qəzzada dinc sakinlərə hücum sülh ehtimalına zərbədir"
  01 Mart 2024    Oxunub:668
Livanın Xarici İşlər Nazirliyi Qəzza zolağında yüzlərlə dinc sakinin ərzaq yardımı növbəsində durarkən İsrailin hücumu nəticəsində qətlə yetirilməsini qətiyyətlə qınayıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında bəyanat yayılıb.

"Hadisə Fələstin xalqını ümidsizliyə sürükləyən, münaqişə alovunu daha da qızışdıran kütləvi aclıq və qırğın siyasəti çərçivəsində baş verib. Bu, ədalətli və hərtərəfli sülh şansını azaldır", - bəyanatda bildirilir.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

Nazirlik həmçinin tərəfləri "ekstremizmi, nifrəti artıran absurd müharibəyə" son qoymağa və hadisə ilə bağlı məsuliyyəti daşıyanları müəyyənləşdirmək üçün beynəlxalq təhqiqat komitəsinin yaradılmasına çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Qəzza   reaksiya  





Xəbər lenti