Çin XİN: "Qəzzada baş verən hadisəni pisləyirik"

      Çin XİN:    "Qəzzada baş verən hadisəni pisləyirik"
  01 Mart 2024    Oxunub:747
Çinin Xarici İşlər Nazirliyi dünən Qəzza zolağında 100-dən artıq dinc sakinin qətlə yetirilməsini qınayıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mao Nin bəyanat yayıb.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

"Çin tərəfləri, xüsusilə də İsraili atəşi dayandırmağa və müharibəni başa çatdırmağa, mülki əhalinin təhlükəsizliyini ciddi şəkildə qorumağa, humanitar yardım təminatına zəmanət verməyə və daha böyük bəşəri fəlakətdən qaçınmağa çağırır", - xanım sözçü bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   Qəzza   reaksiya  





Xəbər lenti