Quterreş: "Baş verənlər effektiv şəkildə araşdırmalıdır"

    Quterreş:    "Baş verənlər effektiv şəkildə araşdırmalıdır"
  01 Mart 2024    Oxunub:796
BMT baş katibi Antoniu Quterreş dünən Qəzzada 100-dən çox dinc sakinin ölümü ilə nəticələnən qətliamı pisləyib.
AzVision.az xəbər verir ki, o bu barədə Sent-Vinsent və Qrenadində keçirilən regional sammit ərəfəsində bildirib.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

"Bu hadisə məni dəhşətə gətirdi. Baş verənlər effektiv və müstəqil şəkildə araşdırmalıdır. Tamamilə əminəm ki, humanitar atəşkəs və əsirlərin qeyd-şərtsiz azadlığa buraxılması zəruridir. Təhlükəsizlik Şurası bu məqsədlərlə bağlı tədbirlər görməlidir", - Quterreş söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Qəzza   reaksiya  





Xəbər lenti