ABŞ İranda parlament seçkilərinin azad keçəcəyini gözləmir

ABŞ İranda parlament seçkilərinin azad keçəcəyini gözləmir
  01 Mart 2024    Oxunub:594
ABŞ administrasiyası İranda martın 1-də keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçəcəyini gözləmir.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. “Güman edirəm ki, çoxlu sayda iranlı bu seçkinin azad və ədalətli keçəcəyini gözləmir. Yəqin ki, artıq bildiyiniz kimi, minlərlə namizəd qeyri-şəffaf proses vasitəsilə seçkidən kənarlaşdırılıb. Dünya çoxdan bilir ki, İranın siyasi sistemi qeyri-demokratik və qeyri-şəffaf inzibati, məhkəmə və seçki sistemləri ilə səciyyələnir”, - diplomat vurğulayıb.

Qeyd edək ki, İranda martın 1-də birpalatalı parlamentə - Məclisə (yaxud İslam Şurası Məclisinə) növbəti seçkilər keçiriləcək. Məclisin deputatları ümumi seçkilər zamanı birbaşa gizli səsvermə yolu ilə seçilirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti