Lənkəranda avtomobil ağaca çırpılıdı, ölən var

Lənkəranda avtomobil ağaca çırpılıdı,    ölən var
  29 Fevral 2024    Oxunub:634
Lənkəranda ağır yol qəzası qeydə alınıb.
AzVision.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ölüb. İki sərnişin xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti