Çin və ABŞ regional problemləri müakirə edib

   Çin və ABŞ regional problemləri müakirə edib
  29 Fevral 2024    Oxunub:677
ABŞ və Çin diplomatları Şanxayda növbəti məsləhətləşmələr raundu keçirib, onlar beynəlxalq vəziyyəti və aktual regional problemləri müzakirə ediblər.
Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, fevralın 27-də Şanxayda Çinin xarici işlər nazirinin köməkçisi, Siyasi Planlaşdırma Departamentinin direktoru Myo Deyu ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma Departamentinin rəhbəri Salman Əhməd ilə görüşüb.

“Tərəflər xarici siyasət və beynəlxalq vəziyyət, aktual regional problemlər və digər məsələlər üzrə səmimi, dərin və konstruktiv fikir mübadiləsi aparıblar”, - Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Departament baş tutan məsləhətləşmələrin digər təfərrüatlarını açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti