Volker Türk: "Hər bir tərəf hərbi cinayətlər törədir"

      Volker Türk:    "Hər bir tərəf hərbi cinayətlər törədir"
  29 Fevral 2024    Oxunub:628
Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk Qəzza zolağında müharibə aparan tərəfləri sülh bağlamağa çağırıb.
AzVision.az xəbər verir ki, o bu sözləri BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən iclasında deyib.

"Münaqişədə bütün tərəflər beynəlxalq insan hüquqlarını, humanitar qanunları açıq-aşkar pozub, hərb cinayətlər törədiblər. Tərəflər sülh bağlamalı, cinayətlər araşdırılmalı, məsuliyyət daşıyan hər kəs cavab verməlidir", - o bildirib.

BMT komissarı həmçinin İsrailin Qəzzada Rəfəh şəhərinə gözlənilən hücumunun ağır nəticələr doğuracağını diqqətə çatdırıb.

"Bu hücum humanitar yardım ümidi üçün ölüm əmridir", - o söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   Qəzza   çağırış  





Xəbər lenti