Ağır xəsarət alanlar şəhərin şimalındakı təchizatsız tibb ocaqlarında müalicə növbəsini gözləyirlər.
* * *
16:02
Qəzza şəhərində ərzaq yardımı gözləyərkən İsrail hərbçiləri tərəfindən atəşə tutularaq öldürülən dinc sakinlərin sayı 81-ə yüksəlib.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı isə 700-ə çatıb. Onların əksəriyyətinin kritik vəziyyətini nəzərə alaraq, ölü sayının 100-ü keçəcəyi gözlənilir.
* * *
13:56
Bu gün səhər saatlarında Qəzza şəhərində ərzaq maşınlarını gözləyənlərin İsrail hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində onlarla dinc sakin qətlə yetirilib.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində azı 70 nəfərin həyatını itirdiyi, 250 nəfərin yaralandığı bildirilir.
Fələstin Xarici İşlər Nazirliyi hadisəni pisləyən bəyanat yayıb və beynəlxalq ictimaiyyəti mülki insanları qorumaq naminə atəşkəs üçün təcili müdaxiləyə çağırıb.
Firudin Həmidli
AzVision.az