Ermənistanda 53 məhbus aksiya keçirir: Ağzını tikən, üzük udanlar var

   Ermənistanda 53 məhbus aksiya keçirir:    Ağzını tikən, üzük udanlar var
  29 Fevral 2024    Oxunub:1036
Ermənistanda xeyli sayda məhbus aclıq aksiyasına başlayıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Mamul" konkret olaraq Vanadzor həbsxanasında vəziyyətin gərginləşdiyini yazıb.
"Vanadzorda uzun müddətdir ki, gərgin atmosfer yaranıb. Məhbuslar müxtəlif səbəblərdən aclıq aksiyaları keçrirlər. Onlar aclıqla yanaşı özünə zərər vermə və digər etiraz tədbirləri də seçirlər. Hazırda həbsxanada olan 50-dən çox erməni aclıq aksiyasına qoşulub", - nəşr yazıb.

Ermənistanda koreyalı məhbus intihar edib
Ermənistanın Daxili İşlər Nazirliyinin penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan Pastinfo-ya açıqlamasında faktı təsdiqləyib. Məlum olub ki, fevralın 27-də Vanadzor koloniyasında cəza çəkən 53 məhkum şəraitə etiraz olaraq aclıq aksiyası keçirib. Navikyanın fikrincə, məhbuslar ortaya əsassız tələblər qoyurlar. Xüsusilə, yeməyin məhbuslara ötürülməsi üçün qapının tam açıq saxlanmaması, əşyaların bir kameradan digərinə ötürülməsinin təmin edilməməsi yersiz istəklərdir. Bundan başqa, İrəvan rəsmisi iddia edib ki, aclıq aksiyası keçirənlər cəzaçəkmə müəssisələrinin daxili nizamnamələri ilə qadağan olunan mülki geyim də tələb edirlər.

"Mamul" yazır ki, bundan əvvəl həmin cəzaçəkmə müəssisəsində 30 məhbus aclıq aksiyası keçiribmiş. Hətta qeyd edilib ki, 3 nəfər özünə xəsarət yetirib. Onlardan biri ülgüclə əlini doğrayıb, digərləri dəmir üzük udubmuş: "Bu etirazın əsas səbəbi, kolonyada iməclik işləri aparılan zamanı qadağan olunmuş əşyaların aşkarlanması olub. Bundan başqa, ötən gün məlum olub ki, həmin cəzaçəkmə müəssisəsində məhkum başqa kolonyaya köçürülməsini tələb edərək ağzını tikib. Rəsmilər qeyd ediblər ki, o artıq bir neçə gün əvvəl başqa yerə köçürülüb. Bir nəfər də ağzını tikib. O, barəsində açılmış cinayət işi üzrə istintaqdan şikayət edib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhbus   Aksiya  





Xəbər lenti