Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir
  28 Fevral 2024    Oxunub:633
Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - deyə diplomat vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti