HƏMAS İsrailə raket zərbələri endirib

   HƏMAS İsrailə raket zərbələri endirib
  28 Fevral 2024    Oxunub:917
HƏMAS terror qruplaşmasının "İzzəddin Əl-Qəssam" adlı silahlı qanadı İsrailin qərargahını Livanın cənubundan çoxsaylı raketlərlə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Qəssam" briqadalarının "Telegram" kanalında məlumat yayılıb.

Zərbələr İsrailin şimalında, Beyt-Hilel şəhərində yerləşən 769-cu Şərq Briqadasının qərargahına və hava limanı kazarmalarına tuşlanıb.
UNIFIL İsrail və "Hizbullah"ı qarşıdurmadan yayınmağa çağırıb

Qəzza zolağında baş verən müharibə fonunda İsrail-Livan sərhədində də tez-tez toqquşmalar baş verir. Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərəfləri bu kimi toqquşmalardan yayınmağa, münaqişənin siyasi həlli yolu üçün yer buraxmaq naminə əməliyyatları dayandırmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   hücum  





Xəbər lenti