Nebenzya: "Qəzzada aclıq silah kimi işlədilir"

      Nebenzya:    "Qəzzada aclıq silah kimi işlədilir"
  28 Fevral 2024    Oxunub:857
BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və ABŞ nümayəndələri arasında gərginlik baş verib.
AzVision.az xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya iclasda çıxışı zamanı "Qəzza zolağında aclığın İsrail tərəfindən silah kimi istifadəsi"nə Qərb dövlətlərinin göz yummasını qətiyyətlə pisləyib.

O həmçinin Qəzzada kütləvi aclığın qarşısını almaq üçün BMT-nin atəşkəs cəhdlərinə ABŞ-nin veto qoyduğunu diqqətə çatdırıb.

"Vaşinqton münaqişədə misilsiz sayda dinc insanın aclıqdan ölməsinə görə tam məsuliyyət daşıyır. Həmin qurbanların sayı 30 minə yaxınlaşır", - o deyib.

ABŞ nümayəndəsi Robert Vud rusiyalı həmkarının ittihamına cavabən eyni vəziyyətin Ukraynada da törədildiyini xatırladıb.

"Hazırda Ukrayna xalqı da amansız qırğın şəraitində, zərbələr altında yaşayır. Rusiya bu, ya digər humanitar böhranın həllinə nəinki töhfə vermir, əksinə, onu meydana gətirir", - amerikalı nümayəndə söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   ABŞ   Rusiya   Qəzza   Ukrayna  





Xəbər lenti