Xocalı ilə bağlı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb
Məktubda xatırladılıb ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında həyata keçirdiyi əks-hücum əməliyyatı, habelə ötən ilin sentyabrın gerçəkləşdirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərin otuzillik işğalına son qoyulub.
“Azərbaycanın işğaldan azad edilmiş yüzlərlə şəhər, qəsəbə və kəndləri arasında indi tədricən həyatın qayıtdığı Xocalı da var idi. Azad edilmiş ərazilər vəhşiliklərin miqyasını, insan iztirablarını üzə çıxarıb. Bu ərazilərdə tapılan kütləvi məzarlıqlar Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini təsdiqləyir”, – sənəddə diqqətə çatdırılıb.
Bildirilib ki, “Ermənistan Xocalı qətliamını və öz qüvvələri, agentləri və məsul şəxsləri tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərin günahkarlarını məsuliyyətə cəlb etməkdən imtina edir”.
Qeyd olunub ki, bu xüsusda Ermənistanın hərəkətsizliyi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Yaşar Əliyev nəql edib ki, İrəvanın bu fəaliyyətsizliyi cəzasızlığı möhkəmləndirir və bölgədə çoxdan gözlənilən sülhə təhlükə yaradır. Sənəddə qeyd olunub ki, bu xüsusda BMT-nin və bütövlükdə beynəlxalq ictimaiyyətin vəhşilikləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında israrlı olması vacibdir.
“Azərbaycan cəzasızlığa son qoymaq və regionda sülh və sabitliyin möhkəmləndirilməsi və qorunması istiqamətində səylərini davam etdirmək əzmindədir”, – məktubda vurğulanıb.
AzVision.az
Teqlər: