Kürdəxanıda kanalizasiya suları evlərə dolur - VİDEO

Kürdəxanıda kanalizasiya suları evlərə dolur    - VİDEO
  27 Fevral 2024    Oxunub:630
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində göl suyunun səviyyəsi qalxdığına görə həyətləri su basıb.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə, bələdiyyə və “Azərsu” ASC-yə şikayət ediblər:

“Suyun içində yaşayırıq. Bir aydır vəziyyət belədir. Kanalizasiya, yağış, qar suyu, hamısı bura axıdılır. Gölün suyu əvvəllər dənizə axıdılırdı, indi dənizə axıdılan hissəsini bağlayıblar. Suyun əlindən heç bir yerə keçə bilmirik. Evlərimizin altı, zirzəmilər su ilə dolub. Yağış yağanda hər tərəf palçıq olur”.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidə kanalizasiya infrastrukturu yoxdur:

“Sözügedən ərazidə həm qrunt, həm də tullantı suları birbaşa Xəzər dənizinə axıdılırdı. Ekologiya Nazirliyinin tapşırığına əsasən, tədbirlər görüldü. Pirşağı təmizləyici qurğuları hazırdır. Artıq bu istiqamətdə suyun bir qismi Pirşağı təmizləyici qurğularına yönəldilib. Gələcəkdə bütün ərazinin əhatə edilməsi ilə bağlı kollektorlar və şəbəkənin yaradılması işləri həyata keçirilir. Bu işlər yekunlaşandan sonra ərazidəki subasma hallarının qarşısı alınacaq”.

Ətraflı Baku TV-nin süjetində:

AzVision.az



Teqlər: Kürdəxanı  





Xəbər lenti