Komitə sədri: “Xərçəngin yaranmasının 35-40%-i keyfiyyətsiz qidalanma ilə bağlıdır"

   Komitə sədri:    “Xərçəngin yaranmasının 35-40%-i keyfiyyətsiz qidalanma ilə bağlıdır"
  27 Fevral 2024    Oxunub:685
“Bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var:

“Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.
AzVision.az



Teqlər:





Xəbər lenti