İspan fermerlər Fransa sərhədində aksiya keçiriblər

   İspan fermerlər Fransa sərhədində aksiya keçiriblər
  27 Fevral 2024    Oxunub:958
Avropanı çənginə alan fermer aksiyaları çərçivəsində ispaniyalı fermerlər ölkənin Fransa ilə sərhəddə yerləşən Kataloniya əyalətində traktorları ilə etiraza qalxaraq, ölkələri birləşdirən AP-7 magistral yolunu nəqliyyata bağlayıblar.
AzVision.az xəbər verir ki, magistral yoldan əlavə Cirona, Tarraqona, Fiqeras kimi sərhədyanı şəhərlərdə də fermerlərin nümayişi baş tutub.

İspaniyada artıq 3 həftədir başlayan belə aksiyalarda fermerlər hökuməti və Avropa İttifaqını günahlandıraraq, ölkədə kənd təsərrüfatının vəziyyətindən şikayətlənirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   Fransa   fermerlər   aksiya  





Xəbər lenti