HƏMAS: "Baydenin açıqlaması yersizdir"

      HƏMAS:    "Baydenin açıqlaması yersizdir"
  27 Fevral 2024    Oxunub:894
ABŞ Prezidenti Co Baydenin "gələn həftə Qəzza zolağında atəşkəs gözlənilir" açıqlamasına HƏMAS terror qruplaşmasından cavab gəlib.
AzVision.az xəbər verir ki, mediaya danışan qruplaşma rəsmisi belə tez atəşkəsin mümkünlüyünü yalanlayıb.
Bayden: "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" - VİDEO

"Prezident Co Baydenin Qəzzada əməliyyatların növbəti bazar günü dayandırılacağı ilə bağlı sözləri yersizdir və cari vəziyyətlə üst-üstə düşmür", - o deyib.

HƏMAS nümayəndəsi həmçinin bildirib ki, atəşkəs üçün hələ "aradan qaldırılmalı böyük boşluqlar var".

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   atəşkəs   Bayden   açıqlama  





Xəbər lenti