Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyaya dəstək verəcək

 Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyaya dəstək verəcək
  27 Fevral 2024    Oxunub:831
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində Kanaki - Yeni Kaledoniyaya dəstək verəcək.
Bu barədə təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilib.

Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş tədbir çərçivəsində Kanaki - Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar: “Xatırladaq ki, 2023-cü ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləməkdir”.

Bakı Təşəbbüs Qrupunun kommunikesində bildirilib ki, İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı.

Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki - Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımlara qarşı, xüsusən də seçici kütləsinin sayını artırmağa hesablanmış addımları qınadığını bəyan edib.

“Bakı Təşəbbüs Qrupu Kanaki - Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bu dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirdi, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini bildirdi".

AzVision.az


Teqlər:





Xəbər lenti