Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır" |
Fransanın baş naziri Parisin də qoşunları Ukraynaya göndərməsinin mümkünlüyünə dair suala belə cavab verib: "Fransa Rusiyanın qalib gələ biləcəyi perspektivi ilə barışa bilməyəcək".
Qeyd edək ki, Emmanuel Makron dünən Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. O deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.
Konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə olunsa da, toplantı iştirakçıları bu mövzuda konsensus əldə etməyiblər.
Tural Tağıyev
AzVision.az