Uşaq bağçasının zirzəmisində silah tapılıb

Uşaq bağçasının zirzəmisində silah tapılıb
  27 Fevral 2024    Oxunub:686
Xankəndidə uşaq bağçasının zirzəmisində xeyli silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən bir ədəd dron, bir ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, dörd tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti