Bayden: "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" - VİDEO
ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS-ın gələn bazar ertəsi yeni müvəqqəti atəşkəslə bağlı razılığa gələ biləcəyini söyləyib.
"Milli təhlükəsizlik müşaviri (Ceyk Sallivan - red.) mənə bildirdi ki, Qəzza zolağında atəşkəsə az qalıb. Növbəti həftənin əvvəlini gözləyək. Çünki Ramazan ayı yaxınlaşır. İsrail əsirlərin azadlığa buraxılması qarşılığında Ramazanda əməliyyatı dayandırmaqla bağlı qarşı tərəflə razılaşıb", - o söyləyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Bayden Qəzza atəşkəs