Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib
  26 Fevral 2024    Oxunub:691
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib.
Bu barədə ölkənin ali qanunverici orqanının iclasında qərar qəbul olunub. Parlamentin iclasında iştirak edən deputatların 188-i lehinə, 6-sı əleyhinə səs verib. Bununla da Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti