Trampın seçkidəki rəqibi milyonlar itirdi

   Trampın seçkidəki rəqibi milyonlar itirdi
  26 Fevral 2024    Oxunub:833
“Rifah naminə amerikalılar” təşkilatı (AFP Action) Cənubi Karolinada keçirilən praymerizdə Donald Trampa uduzduqdan sonra prezidentliyə namizəd Nikki Heylinin kampaniyasını maliyyələşdirməyi dayandırıb.
Bu barədə “Bloomberg” məlumat yayıb. “AFP Action” maliyyələşdirməni dayandırmaq qərarına Heylinin Cənubi Karolinada keçirilən ilkin seçkidə Trampdan təxminən 20% az səs toplamasından bir gün sonra gəlib.

O, əvvəllər ştatın qubernatoru vəzifəsində çalışıb və Trampın prezidentliyi dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.

ABŞ Federal Seçki Komissiyasının “Bloomberg”ə istinadla verdiyi məlumata görə, “AFP Action” Heylinin seçki kampaniyasına 32 milyon dollar töhfə verib.


AzVision.az


Teqlər:





Xəbər lenti