Cənubi Koreya Rusiyaya qarşı ixrac nəzarətini gücləndirəcək

Cənubi Koreya Rusiyaya qarşı ixrac nəzarətini gücləndirəcək
  26 Fevral 2024    Oxunub:1233
Cənubi Koreya Rusiya və Belarusa qadağan olunmuş tədarüklər siyahısına daxil edilmiş malların ixracına nəzarəti gücləndirməyi planlaşdırır.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi nəzarətdən yayınma cəhdlərinin və digər marşrutlarla daşınmaların artması səbəbindən ixrac nəzarətini gücləndirəcəyini bildirib.

Ölkənin hakimiyyət orqanları qeyri-qanuni ixracın qarşısını almaq üçün nəzarətə götürülən malların yeni siyahısı barədə ixracatçıları fəal şəkildə məlumatlandırmaq niyyətindədir.

Keçən həftə Rusiya və Belarusa çatdırılması qadağan edilən mallar siyahısına hərbi təyinatlı və ya potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna bilən 682 adda mal əlavə edilib. Bununla da siyahıdakı maddələrin ümumi sayı 1159-a çatıb.


AzVision.az


Teqlər:





Xəbər lenti