“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi

Hesabı 20-ci dəqiqədə avtoqol müəllifi olan Vanderson Melo açıb. Rəhim Sadıxov 74-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Matçın yekun nəticəsini 77-ci dəqiqədə Rafael Utziq müəyyənləşdirib
Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Zirə” 4-cü pillədə qalıb. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0 hesabları ilə qalib gəlib. “Turan Tovuz” – “Neftçi” oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.
AzVision.az
Teqlər: