"Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb"
Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib:
“Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil.”
“Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir”, -deyə müsahib bildirib.
AzVision.az
Teqlər: