"KTMT Ermənistansız çökməyəcək, amma geri dönmək çətin olacaq" - Lukaşenko

   "KTMT Ermənistansız çökməyəcək, amma geri dönmək çətin olacaq" -    Lukaşenko
  25 Fevral 2024    Oxunub:1044
"Belarus Ermənistanın KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara tamamilə sakit reaksiya verir".
BELTA xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib .

"Biz buna tamamilə sakit reaksiya veririk. Əgər onlar KTMT-də olmaq istəmirlərsə, təşkilat dağılmayacaq, çökməyəcək. Eyni zamanda, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb", - dövlət başçısı bildirib.
Kreml Paşinyandan KTMT əleyhinə açıqlama ilə bağlı izahat istəyir


Aleksandr Lukaşenko Ermənistana tələsməməyi və qəfil hərəkətlər etməməyi tövsiyə edib: "Çıxmaq asandır. Amma sonra geri dönmək çətin olacaq. Getmək və nəyisə dondurmaq lazım deyil".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində KTMT əleyhinə açıqlamalar verib. O, ölkəsinin təşkilatda iştirakını faktiki olaraq dondurduğunu bəyan edib. Baş nazir əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.

"Bizim fikrimizcə, Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişi, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi və bu, bizə təsirsiz ötüşmədi. Biz bu sazişdə iştirakımızı dondurduq", - Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan bundan sonra müəyyən qərarı verəcək.

KTMT isə Paşinyanın fikirlərini təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. O da vurğulanıb ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı danışarkən, görünür söhbət İrəvanın qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedib.
Həmçinin bax:
Putin KTMT bəyanatından sonra Paşinyanla əlaqə saxlamayıb

KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı?

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti