Navalnının cəsədi anasına verildi

   Navalnının cəsədi anasına verildi
  24 Fevral 2024    Oxunub:1888
Ötən günlərdə həbsxanada dünyasını dəyişən Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnının cəsədi anasına təhvil verilib.
AzVision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış "X" hesabında məlumat yayıb.

"Alekseyin cəsədi anasına verildi. Bizə buna görə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm", - o yazıb.

O bildirib ki, Navalnının dəfn mərasimi ilə bağlı təfərrüatlar hələ müəyyənləşdiriməyib.
Navalnının cəsədi yoxa çıxıb

Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında ölüb. Onun cəsədinin ailəsinə təhvil verilməsi ilə əlaqədar problem yaranmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Navalnı   cəsəd  





Xəbər lenti