Husilər ABŞ və Britaniyanın Qırmızı dənizə girişini bağlayıblar
Təşkilatın hərbi sözçüsü Yəhya Sari bildirib ki, bir gün əvvəl husilərin Ədən körfəzində “İslander” ticarət gəmisinə hücumu nəticəsində onun göyərtəsində yanğın baş verib. Onlar, həmçinin Qırmızı dənizdə Amerika esminesini vurmaq üçün dronlardan istifadə ediblər.
Xatırladaq ki, husilərin Qırmızı dənizdə hücumları 2023-cü ilin payızında İsrailin Qəzza zolağında Fələstinin “Həmas” hərəkatına qarşı əməliyyatına cavab olaraq başlayıb. Ötən il dekabrın ortalarında ABŞ, Fransa, İspaniya və bir sıra digər ölkələr koalisiya yaradaraq, kommersiya gəmiçiliyini qorumaq üçün regionda “Rifahın Mühafizəsi” əməliyyatını həyata keçirsələr də, bu qərar müsbət nəticə vermədi.
AzVision.az