Fransalı fermerlərdən Makrona sürpriz
Onlarla traktor yüksək siqnal səsləri ilə Paris küçələrində hərəkət edir. Traktorların önünə “Makron, sən fırtına toxumu səpirsən, biçdiklərinə diqqət et” kimi şüarlar yapışdırılıb.
Fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.
“Bəzi fermerlər Makronun sərgiyə daxil olmasının qarşısını almağa çalışacaqlar. Əgər daxil ola bilərsə, onun hərəkətinə məhdudiyyət yaradacaqlar”, - deyə Fransanın ən böyük fermer təşkilatlarından olan FNSEA-nın nümayəndəsi Jan Lefevr “Reuters”ə açıqlamasında deyib. Onun sözlərinə görə, iki minə yaxın fermer traktorlarla birlikdə E.Makronu sərgidə gözləyəcək.
Paris fermerlər sərgisi bu gün başlayır. 9 günlük tədbirə 600 min ziyarətçinin qatılması gözlənilir.
Fransalı fermerlər bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər. Baş nazir Qabriel Attalın 400 milyon avro dəyərində yeni tədbirlər vəd etməsindən sonra aksiyalar dayandırılıb. Lakin etirazlar hökumətin daha çox kömək etməsi və verdiyi sözləri yerinə yetirməsi üçün yenidən başlayıb.
AzVision.az
Teqlər: