Tədbirin məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, elmi ictimaiyyətin bu mövzuya diqqətinin daha çox yönəldilməsi, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsi, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyəti məlumatlandırmaq olub.
Bu istiqamətdə çıxışlar edilib, məruzələr dinlənilib. Tədbirdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “İrəvan gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
AzVision.az