Papikyan: "Parislə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib"

   Papikyan:    "Parislə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib"
  23 Fevral 2024    Oxunub:1174
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa ilə hərbi əməkdaşlığın genişləndirilməsindən danışıb.
AzVision.az "İnterfaksa" istinadən xəbər verir ki, o, Paris və İrəvan arasındakı hərbi əlaqələrin genişləndirilməsinin üçüncü ölkələrə qarşı yönəlmədiyini deyib: “Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib və təcavüz məqsədi daşımır".

Papikyan Lekornunu qəbul edib, sənədlər imzalanıb - Fotolar - YENİLƏNİB
Erməni nazir Azərbaycanın ünvanına sərsəm fikirlər də səsləndirərək iddia edib ki, guya rəsmi Bakının ritorikasında İrəvan üçün təhlükələr görünür.

O vurğulayıb ki, “Azərbaycanla sülh sazişinin imzalanmasından sonra hansı ortada atmosfer yaranacağından” asılı olmayaraq, Ermənistan ordusu müdafiə silahları almağa davam edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Fransa   Hərbi  





Xəbər lenti