Tramp: "Qalib gəlsəm, Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam"

  Tramp:  "Qalib gəlsəm, Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam"
  23 Fevral 2024    Oxunub:626
ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünyanın çox yaxın olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
AzVision.az xəbər verir ki, o bu barədə tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz Üçüncü Dünya Müharibəsinə çox yaxınıq və bu, digərlərinə bənzəməyəcək bir müharibə olacaq".

Tramp həmçinin qeyd edib ki, Oval kabinetə gəlməmişdən əvvəl sülhü bərpa, o cümlədən Ukrayna və Rusiya arasındakı münaqişəni həll edə bilər.

Qeyd edək ki. Tramp daha əvvəl yenidən seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətində olduğunu vurğulamışdı.
Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti