Xamenei İslam ölkələrinin liderlərini tənqid etdi: "Allahın əmrinə əməl etmirlər"
“Müsəlman ölkələrinin dövlət başçıları və rəsmiləri Quranın “Allahın düşmənləri və müsəlmanların düşmənləri ilə dostluq etməyin” əmrinə əməl edirlərmi?
Nə üçün müsəlman ölkələrinin rəhbərləri qatil sionist rejimlə əlaqələri açıq şəkildə kəsmək və ona kömək etməkdən əl çəkmək üçün hərəkətə keçmirlər?” – Xamenei deyib.
Ayətullah əlavə edib: "Qəzza xalqı insanlıq hissi olmayanlar tərəfindən zülmə məruz qalır, ona görə də məzlum Qəzza xalqına və müqavimət qüvvələrinin cəsarət və dözümlülüyünə dəstək olmaq bizim ən böyük borcumuzdur".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: