Zelenski: “Ukraynanın alternativ planı yoxdur”

Zelenski:    “Ukraynanın alternativ planı yoxdur”
  22 Fevral 2024    Oxunub:629
Vaşinqtonun Ukraynaya yardım etməyəcəyi halda Kiyevin “B” planı yoxdur.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodomir Zelenski “Fox News” telekanalına müsahibəsində Ağ Evin yardım göstərməyəcəyindən sığortalanmaq üçün “B” planı hazırlamadığını etiraf edib.

“Biz, sadəcə, dayanıb baxmaycağıq, çünki biz sağ qalmalıyıq. Biz parallel addımlar tapmalıyıq” , - Ukrayna prezidenti deyib.

Zelenski Qərbin köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin getdikcə daha çox itki verəcəyindən şikayətlənib.

Kiyevin Avdeyevka məğlubiyyətinin əsas səbəbi açıqlandı
Yeri gəlmişkən, Böyük Britaniyanın həftəlik “The Spectator” jurnalında çıxan materialda döyüş sursatları olmadığına görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka şəhərini ruslara təslim etdiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım layihəsinə səs vermədən məzuniyyətə çıxıb. Hazırda respublikaçı konqresmenlər Floridada Nümayəndələr Palatasının tətili zamanı keçirdikləir qapalı iclaslarında Kiyevə əlavə yardımın göstərilməsinin məqsədəuyğunluğu barədə mübahisə edirlər.

Amerika mediası ölkənin keçmiş prezidenti Donald Trampın təsiri nəticəsində Ukraynanın bu ABŞ-nin dəstəyindən məhrum ola biləcəyini yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   ABŞ  





Xəbər lenti