Ədən körfəzində insident baş verib - FOTO

   Ədən körfəzində insident baş verib -    FOTO
  22 Fevral 2024    Oxunub:796
Yəmənin cənubundakı Ədən körfəzində gəmiyə hücum faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi məlumat yayıb.

Hadisə barədə təfərrüat hələlik açıqlanmasa da, məlumdur ki, Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması İsrailin Qəzzada apardığı müharibəyə cavabən Qırmızı dəniz və Ədən körfəzində bu ölkə ilə əlaqəli gəmiləri hədəfə alır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   gəmi   insident   husilər  





Xəbər lenti