"BMT-nin Təhlükəsizlik Şurası iflic vəziyyətdədir" - Braziliya XİN

   "BMT-nin Təhlükəsizlik Şurası iflic vəziyyətdədir" -    Braziliya XİN
  21 Fevral 2024    Oxunub:908
"BMT-nin Təhlükəsizlik Şurası iflic vəziyyətdədir. Təşkilat müasir təhlükəsizlik çağırışlarının öhdəsindən gələ bilmir".
AzVision.az xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra “Böyük iyirmilik” (G20) qrupunun xarici işlər liderlərinin ilk iclasını açarkən deyib.

O qeyd edib ki, çoxtərəfli instutların zəif təhciz olunması və hərəkətsizliyi birbaşa günahsız insanların ölümünə səbəb olur.

"Hazırda G20-nin müzakirə etdiyi Ukrayna və Fələstinlə bağlı mövqeyimiz yaxşı məlumdur və müvafiq yerlərdə, məsələn, BMT Təhlükəsizlik Şurasında, BMT Baş Assambleyasında rəsmi şəkildə səsləndirilib”, - nazir əlavə edib.

O, xatırladıb ki, dünyada davam edən münaqişələr rekord həddə çatıb. Onların sayı 170-dən çoxdur. Eyni zamanda, geosiyasi gərginlik güclənməkdə davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti