Müfəttişlərin sahibkarlarla ünsiyyəti video və audio qeydiyyata alınacaq

Müfəttişlərin sahibkarlarla ünsiyyəti video və audio qeydiyyata alınacaq
  19 Fevral 2024    Oxunub:1061
Fəaliyyətdə şəffaflığın təmin olunması məqsəsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarının sahibkarlarla ünsiyyəti qabaqcıl texnoloji avadanlıqların tətbiqi ilə həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, agentlik yeni avadanlıqlar əldə edib və yaxın günlərdə sistemin qurulması yekunlaşacaq. Sahibkarlarla ünsiyyətin qeydə alınması prosesi onların bu barədə məlumatlandırılmasından sonra həyata keçiriləcək. Xüsusi kodlaşdırma istifadə edildiyindən yeni nəsil qurğuların qeydə aldığı audio və video materiallara müdaxilə etmək imkanı sıfıra bərabərdir.

Bu, ADRA-nın əməkdaşlarının fəaliyyətində tam şəffaflığın təmin edilməsi ilə yanaşı daha operativ tənzimləmə sisteminin yaradılmasına, prosesin onlayn izlənilməsinə, sahibkarın məmnunluğunun ölçülməsinə, ünsiyyət zamanı onu maraqlandıran sualların dərhal cavablandırılmasına şərait yaradacaq. Yeni sistemin tətbiqi nəticəsində əməkdaşların fəaliyyətinin dəqiq qiymətləndirilməsi də həyata keçiriləcək. Onların gün ərzində neçə sahibkarla ünsiyyətdə olduğu, davranış mədəniyyəti və əldə edilən nəticələr haqda statistik hesabatlar hazırlanacaq.
AzVision.az

Qalereya




Teqlər: ADRA  





Xəbər lenti