"Sənaye zonalarında istehsal olunan məhsulun 32,2%-ə yaxını ixrac olunub"

   "Sənaye zonalarında istehsal olunan məhsulun 32,2%-ə yaxını ixrac olunub"
  16 Fevral 2024    Oxunub:1164
"İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. Onun sözlərinə görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sənaye zonaları üzrə indiyədək ümumilikdə 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,9 milyard manatlıq və ya 32,2%-ə yaxın hissəsi ixrac olunub.

2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. 2022-ci illə müqayisədə satış 12,5% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti