Ağdam Sənaye Parkının məhsulları "Made In Azerbaijan” brendi ilə ixrac ediləcək

 Ağdam Sənaye Parkının məhsulları "Made In Azerbaijan” brendi ilə ixrac ediləcək
  16 Fevral 2024    Oxunub:1232
İndiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

"Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.

Bugünədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu il Sənaye Parkında bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır.
Bugünədək rezidentlər tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb.

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır".

AzVision.az



Teqlər:





Xəbər lenti