Bu il sənaye zonalarında 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq

Bu il sənaye zonalarında 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq
  16 Fevral 2024    Oxunub:1266
2024-cü il ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu müəssisələrdə ümumilikdə, təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
S.Adıgözəlov qeyd edib ki, İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 460 milyon manatdan çox vəsaitə qənaət ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti