Üç rayonun qaz təchizatında fasilə yaranacaq

Bildirilib ki, “Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, "Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından və “Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması nəzərdə tutulub.
Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və "Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
AzVision.az
Teqlər: