Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlanıb
  05 Fevral 2024    Oxunub:1180
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 336.5 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


AzVision.az


Teqlər:





Xəbər lenti