Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq
  05 Fevral 2024    Oxunub:902
Rusiya səfiri ölkəsinin Ukraynaya endirdiyi aktiv zərbələrə görə Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə France-Presse (AFP) agentliyi məlumat yayıb.

“Səfir bazar ertəsi günü Xarici İşlər Nazirliyinə çağırılaraq ona Rusiyanın zərbələrinin pislənməsi barədə məumat veriləcək. Həmçinin bu görüş Fransaya qarşı dezinformasiyanın artması səbəbindən baş tuttacaq”, - AFP xəbər yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti