Fransada yeniyetmələr 96 yaşlı qadına hücum etdilər
Qeyd edilir ki, ötən həftə üç yeniyetmə 96 yaşlı qadının əlindəki pul kisəsini oğurlamaq üçün ona hücum edib. Cinayətkarlardan biri təqaüdçüyə arxadan yaxınlaşıb və onun boynundan tutaraq yerə yıxıb. Sonra digər yeniyetmələr qadının pul kisəsini zorla əlindən alıblar. Cinayətkarlar qəniməti götürdükdən sonra eyni üsulla 63 yaşlı başqa qadına da hücum ediblər.
"Polis dərhal araşdırmalara başlayıb və nəticədə iki cinayətdə iştirak edən üç yeniyetmə qısa zamanda müəyyənləşdirilib. Saxlanılanlardan ikisinin 14, üçüncünün isə 15 yaşı olub. Onlar əvvəlcə törətdikləri əməlləri təkzib etsələr də, sonradan küçədə tək gəzən qadınlara hücum etmək qərarı vermələrini etiraf ediblər. Məktəblilər hətta üçüncü qurbanı tapmağı planlaşdırıblarmış", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Fransa