Tailandda meymunlar şəhəri "işğal etdi" - VİDEO
Lopburi Ticarət Palatasının rəhbəri Ponqsatorn Çayçanapaniçin sözlərinə görə, son iki ildə meymun hücumunun artması səbəbi ilə şəhər mərkəzindəki bir çox mağaza və iş yeri qapılarını bağlamaq məcburiyyətində qalıb.
"Şəhər "kabus şəhər"ə çevrilmək təhlükəsi ilə üz-üzədir. Tarixi yerlərdə də meymun əlindən tərpənmək mümkün deyil. Hökumət bu problemin həlli üçün tezliklə tədbir görməlidir", - o deyib.
Lopburidəki böyük ticarət mərkəzlərinin işçiləri də "meymunların tez-tez mağazalara girməsindən, mütəmadi ziyan verməsindən" şikayətlənirlər.
Şəhərin yerləşdiyi eyniadlı əyalətin qubernatoru Ampol Anqapakornkul vəziyyətin nəzarətə götürüldüyünü bildirərək:
"Milli Parklar və Təbiəti Mühafizə Nazirliyi ilə tədbirlər planı hazırlayırıq", - söyləyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Tailand şəhər meymunlar