ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir

   ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir
  04 Fevral 2024    Oxunub:1059
"Amerika hökuməti İraq və Suriyanı bombalamaqla kifayətlənməyəcək, cavab zərbələri endirməyə davam edəcək".
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalının efirində deyib. O qeyd edib ki, ABŞ prezidenti Co Bayden “sərt və ciddi” cavab əmri verib.

“Ancaq bu son deyil. Biz əlavə zərbələr endirmək niyyətindəyik”, - deyə Sullivan bildirib. ABŞ prezidentinin köməkçisi vurğulayıb ki, Ağ Ev ABŞ-ın öz qüvvələrinə qarşı hücumlara cavab verdiyini göstərmək üçün “əlavə tədbirlər” görmək niyyətindədir.

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. Buna cavab olaraq ABŞ qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfə zərbələr endirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti