BMT ABŞ-nin İraq və Suriyaya zərbələrinə reaksiya bildirib

   BMT ABŞ-nin İraq və Suriyaya zərbələrinə reaksiya bildirib
  03 Fevral 2024    Oxunub:952
ABŞ-nin İraq və Suriyaya hücum əməliyyatına müxtəlif hökumət və təşkilat rəsmiləri reaksiya bildirirlər.
AzVision.az xəbər verir ki, BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-nin İraq və Suriyaya endirdiyi zərbələr nəticəsində regionda vəziyyətin kəskinləşməsindən narahatlığını dilə gətirib.

O, tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə və Yaxın Şərqdə münaqişənin genişlənəcəyi təqdirdə potensial fəlakəti nəzərə almağa çağırıb.

AzVision.az


Teqlər: BMT   ABŞ   reaksiya  





Xəbər lenti