İraq ABŞ-yə nota göndərəcək

   İraq ABŞ-yə nota göndərəcək
  03 Fevral 2024    Oxunub:1056
İraq hökuməti ABŞ-nin hücumlarına görə rəsmi Vaşinqtona nota göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.

Məlumata görə, ABŞ-nin İraqdakı hərbi və mülki obyektlərə hücumları səbəbi ilə bu ölkənin müvəqqəti işlər vəkili nazirliyə çağırılacaq.

ABŞ Mərkəzi Komandanlığının (CENTOM) açıqlamasına əsasən, İordaniya-Suriya sərhədi yaxınlığındakı amerikan bazasına hücuma cavabən İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid obyektlərə aviazərbələr endirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İraq   ABŞ   nota  





Xəbər lenti